Bank Of Baku

Əli Həsənov: “Təəssüf ki, ermənilərin qeyri-konstruktiv mövqe tutması münaqişənin nizamlanmasına əngəl törədir”

Əli Həsənov: “Təəssüf ki, ermənilərin qeyri-konstruktiv mövqe tutması münaqişənin nizamlanmasına əngəl törədir”
# 30 sentyabr 2009 15:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Kişinyov danışıqlarının nəticələrini birmənalı şəkildə proqnozlaşdırmaq çətindir”. APA-nın məlumatına görə, bu sözlərin Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib: “Biz əvvəlcədən də münaqişənin həll prinsiplərini ortaya qoymuşuq. Azərbaycan qəti şəkildə bəyan edib ki, ölkəmizin ərazi bütövlüyünün pozulmasına yönəlmiş istənilən nizamlama cəhdi qəbul olunmayacaq. O cümlədən biz real vəziyyəti də nəzərə alırıq. Dağlıq Qarabağda yaşayan etnik ermənilərin gələcək həyatı və yaşayışı, onların hüquqlarının təmin olunması məsələsinə də beynəlxalq hüquq normalarına uyğun olaraq əməl etməyə hazırıq. Təəssüflər olsun ki ermənilərin qeyri-konstruktiv mövqe tutması bu sahədə irəliləyişə əngəl yaradır. Ona görə də Kişinyov görüşündə və sonrakı görüşlərdə Ermənistan rəhbərliyinin özünü necə aparacağını bilmək olmaz. Əvvəllər də olub ki, bir görüşdə ümumi razılığa gəlinmiş məsələlər o biri görüşdə problem kimi ortaya çıxıb. Bu da danışıqların sonrakı mərhələsinə mane olub. Ona görə də bu məsələdə konkret olaraq erməni rəhbərliyinin mövqeyindən çox şey asılıdır”.

Əli Həsənov ATƏT-in Minsk Qrupuna həmsədrlik edən şəxslərin dəyişdirilməsi məsələsinə də münasibət bildirib: “Diplomatik məsələlərdə şəxsiyyətin rolu danılmazdır. Amma elə olub ki həmsədrin və ya diplomatın mövqeyi məsələnin normal məcraya yönəldilməsinə mane törədib və ya əksinə. Minsk Qrupunun həmsədri olan şəxslər münaqişənin mahiyyətini bilməli, mövcud reallıqları incəliklərinə qədər anlamalı, qərar çıxararkən beynəlxalq hüquq normalarına riayət etməlidir. Bu zaman Minsk Qrupunun həmsədrinin kim olmasından asılı olmayaraq problemin həllində müsbət irəliləyiş əldə etmək mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR