Bank Of Baku

Əli Həsənov: “Xarici radiostansiyaların FM dalğalarında Azərbaycanda yayımının bərpası qeyri-mümkündür”

Əli Həsənov: “Xarici radiostansiyaların FM dalğalarında Azərbaycanda yayımının bərpası qeyri-mümkündür”
# 30 sentyabr 2009 15:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Xarici radiostansiyaların Azərbaycanın milli tezliyində yayımlanması ilə bağlı ötən ildən aparılan danışıqlar eyni vəziyyətdə qalıb”. APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Azərbaycan qanunvericiliyinin yerli FM dalğalarının, milli teleradio şirkətləri üçün nəzərdə tutulmuş yayıcı vasitələrin xarici radiolara icarəyə və istifadəyə verilməsini qadağan etdiyini bildirən şöbə müdiri bu səbəbdən onların FM dalğalarında yayımının yenidən bərpasını qeyri-mümkün sayır: “Bununla belə, dəfələrlə bəyan etmişik ki, bu radiostansiyaların dünyanın başqa ölkələrində, Avropada hansı vasitələrlə - peyk, internet vasitəsi, digər dalğalardan istifadə etməklə - yayımlanmasına şərait yaratmağa hazırıq. Bir məsələ də qaldırılmışdı ki, dövlətlərarası müqavilə əsasında bu radioların Azərbaycanda yayımı həyata keçirilsin. Biz buna da etiraz etmədiyimizi bildirdik. Amma mövcud halda Azərbaycan qanunvericiliyi həmin radioların FM dalğalarında yayımına icazə vermir. Söhbət yalnız FM-dən gedir. Qalan dalğalarda isə onların yayımını təmin etməyə hazırıq və bu gün də həmin təminatı veririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR