Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı: Çalışırlar ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılması ilə kifayətlənsin

Qarabağ Azadlıq Təşkilatı: Çalışırlar ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılması ilə kifayətlənsin
# 30 sentyabr 2009 16:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri ilə bağlı bəyanat verib. Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda həmsədrlərin bölgəyə səfərinin Azərbaycan üçün əhəmiyyət kəsb etmədiyi qeyd olunur: “Həmsədrlərin fəaliyyəti birmənalı şəkildə Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəlib. Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması cəhdləri də bu məqsədə xidmət edir. ABŞ, Rusiya və digər dövlətlər çalışırlar ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılması ilə kifayətlənsin”.

Bəyanatda Azərbaycan hakimiyyəti hər hansı bir təslimçi sülhə imza atmamağa da çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR