Bank Of Baku

Mətləb Mütəllimli Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

Mətləb Mütəllimli Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
# 30 sentyabr 2009 22:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azadlığın və Sülhün Müdafiəsi (ASM) Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əl-Düsəri ilə görüş keçirib.

Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə M.Mütəllimli Azərbaycanda islam dəyərlərinin daha da gücləndirilməsində, islamın təməl prinsiplərinin qorunmasında Səudiyyə Ərəbistanı Krallığının daha böyük işləri görə biləcəyini qeyd edib. O, Azərbaycanda mövcud olan İslama zidd hərəkətlərin aradan qaldırılmasında Səudiyyə Ərəbistanı Krallığının yaxından iştirak etməsini vacib sayıb.

Səfir isə öz növbəsində Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə xüsusi hörmətlə yanaşdığını bildirib. Səudiyyə Ərəbistanı Krallığının diplomatiyasının bütün dünyada İslamın maraqlarını müdafiə etmək olduğunu deyən səfir bu sahədə mümkün olan addımların atıldığını qeyd edib. Səfir həmçinin bu vaxta qədər təmsil etdiyi dövlətin Azərbaycanın bütün maraqlarını müdafiə etdiyini bildirib və bundan sonra da müdafiə etmək əzmində olduqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR