Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri ilə görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri ilə görüşüb
# 01 oktyabr 2009 11:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, M. Pənahov komissiyanın nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq etdiyini və ATƏT-in bu qurumlar sırasında önəmli yerdə dayandığını bildirib.

ATƏT-in Bakı ofisinin rəhbəri də MSK ilə yüksək səviyyəli əməkdaşlıqdan razı qaldığını deyib və bundan sonra da birgə layihələr həyata keçirmək niyyətində olduqlarını söyləyib. O, müşahidəçilərin, komissiya üzvlərinin, icra hakimiyyəti nümayəndələrinin və digər seçki subyektlərinin maarifləndirilməsi üçün MSK ilə birgə fəaliyyət göstərmək istədiklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR