Bank Of Baku

Qüdrət Həsənquliyev İctimai Televiziyada fars dilində “Xəbərlər” proqramının yayımlanmasını təklif edib

Qüdrət Həsənquliyev İctimai Televiziyada fars dilində “Xəbərlər” proqramının yayımlanmasını təklif edib
# 01 oktyabr 2009 11:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İctimai Televiziyanın efirində fars dilində “Xəbərlər” proqramının yayımlanması təklifi ilə qurumun baş direktoru İsmayıl Ömərova müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Q. Həsənquliyev İran telekanallarının Azərbaycana qarşı informasiya siyasəti həyata keçirdiyini bildirib. Müraciətdə “Səhər” televiziyasında Azərbaycan dilində “Xəbərlər” proqramı və bir sıra analitik verilişlərin yayımlandığı, burada Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri və ictimai-siyasi xadimləri barəsində böhtan xarakterli məlumatlar verildiyi, Azərbaycanın milli maraqlarının əleyhinə təbliğat aparıldığı öz əksini tapıb. BAXCP sədri hesab edir ki, farsca “Xəbərlər” həm farsdilli əhalinin, həm də İranda öz ana dilini bilməyən azərbaycanlıların baş verən hadisələr haqqında obyektiv və qərəzsiz informasiya almalarına yardım göstərər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR