Bank Of Baku

Müsavat metroda geniş haqlarının artırılmasına etiraz edir

Müsavat metroda geniş haqlarının artırılmasına etiraz edir
# 01 oktyabr 2009 13:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası Bakı Metropolitenində geniş haqlarının artırılması ilə bağlı Tarif Şurasının qərarına etiraz olaraq bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bu qərarın ölkə vətəndaşlarına, xüsusilə əhalinin aztəminatlı hissəsinin sosial durumuna ciddi zərbə olduğu bildirilir. Partiya hesab edir ki, əhalinin, xüsusilə aztəminatlı hissənin ən çox istifadə etdiyi nəqliyyat növü olan metroda qiymətlərin birdən-birə 3 dəfə artırılması vəziyyəti daha da çətinləşdirəcək.
Partiya Tarif Şurasının bu qərarını qətiyyətlə pislədiyini bildirib, hakimiyyətdən xalqın ağır güzəranını nəzərə almağı və qiymətlərin əvvəlki vəziyyətə qaytarılmasını tələb edib.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə bu gündən metroda gediş haqı 3 dəfə artırılaraq 5 qəpikdən 15 qəpiyə qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR