İqbal Ağazadə: “Bu mərhələdən sonra Azərbaycanda iqtidarla mübarizə aparacaq əsas qüvvə Ümid Partiyasıdır” – MÜSAHİBƏ
- Ümid Partiyasının seçki komissiyalarından öz nümayəndələrini geri çağırması ilə bağlı Müsavat Partiyasının irəli sürdüyü şərtin əsl səbəbi nədir?
- Bu şərtin əsl səbəbləri barədə Müsavat Partiyasının rəhbərliyi və İsa Qəmbər daha aydın danışa bilər. Müsavat rəhbərliyinin mətbuata verdiyi açıqlamalar irəli sürülən şərtin əsas məqsədləri deyil. Bunu birmənalı deyirəm, sözümün də arxasında dayanıram. Çünki məqsəd bu idisə, referendum öncəsi bir yerə yığışanda referendumu boykot edən siyasi partiyalar kimi seçki komissiyalarını da boykot etmək məsələsini gündəmə gətirə bilərdik. Bu, daha effektli olardı. Partiyamızın dairə və məntəqə seçki komissiyalarında təmsil olunan əksər nümayəndələri referendumun yekun protokollarına imza atmayıblar. Hamı bunun üzərindən çox sükutla keçir. Ümid Partiyasının MSK-dakı nümayəndəsi də referendumun yekun protokoluna imza atmayıb! Buna görə hətta MSK-da təmsil olunan nümayəndəmizə minnətdarlıq da etdilər.
Digər tərəfdən, may ayında bələdiyyə seçkilərində birgə iştirakla bağlı müzakirə apardıq və qərara gəldik ki, seçkiyə birgə qatılaq. O zaman da Ümid Partiyası komissiyalarda iştirak edirdi. Həmin vaxt bu şərt irəli sürülə bilərdi ki, birgə iştirakımızın təməl prinsiplərindən biri bu strukturlarda iştirakdan imtinadır. Bu da olmadı. May ayından sentyabra qədər bu məsələləri müzakirə etdik, heç bir şərt irəli sürülmədi. Amma günün birində gözlənilmədən Müsavat Partiyası şərt irəli sürdü. Niyə? Ona görə də deyirəm ki, mətbuatda səslənən fikirlərin hamısı bəhanədir, səbəb deyil. Səbəbi Müsavat Partiyası açıqlaya bilər. Mən bu səbəbləri çox gözəl bilirəm, amma onlar bunu dilə gətirməyənə qədər deməyəcəyəm. Bununla bağlı müzakirə açmaq istəsələr, mən hazıram. Qoy özləri danışsınlar. Bu birlik Azərbaycan cəmiyyəti və müxalifət üçün lazımlıdır. Amma kimsə bizimlə bir yerdə olmaq istəmirsə, bu, bizim problemimiz deyil. Bunu da partiyamız üçün faciə və böyük itki saymırıq.
- Nəyə görə bu şərtin əsl səbəblərini açıqlamaq istəmirsiniz?
- Hələ şanslar tükənməyib. Biz gələn həftə ərzində hərəkatın mövcud olub-olmayacağını müzakirə edəcəyik. Bu səbəbləri səsləndirdikdən sonra bir yerdə olmaq çox çətinləşə bilər. İstəmirəm ki, dağıdıcılıq missiyası bizim üzərimizdə qalsın. Başqa partiyalardan fərqli olaraq bu missiyanı öz üzərimizə götürməmişik. Biz olduğumuz birliklərdə axıra qədər israrlı və davamlı mövqe ifadə etmişik. Hansı birlikdə olmuşuqsa, orada azadlığımızdan belə keçməyə qorxmamışıq.
- Sizə bəlli olan səbəblər Müsavat Partiyasının daxilindəki vəziyyətlə əlaqəlidir, yoxsa kənar amillər də var?
- Hər iki nüans var.
- Bu şərtlə bağlı əvvəlcədən sizə hər hansı məlumat verilmişdimi, yoxsa gözlənilmədən qurumun iclasında irəli sürüldü?
- Bu müzakirədən əvvəlki toplantıda bizə təklif olunmuşdu və biz təklifə “yox” deməmişdik. Sadəcə, bircə sualım olmuşdu ki, bunun Azərbaycan müxalifətinə verə biləcəyi töhfə nədir, bunu deyin, mən dəyərləndirim. Sadəcə, bir səbəb göstərildi ki, bu, böyük ajiotaja səbəb olar. Məsələni partiyanın Rəyasət Heyətində müzakirə etdik. Rəyasət Heyəti təklifə müsbət yanaşdı və öz təklifini də irəli sürdü. Burada bir mənəvi problem var: komissiyalardakı nümayəndələr ona görə orada deyillər ki, kiminsə onlardan xoşu gəlir və yaxud himayədarları var. Onların təmsilçiliyinin bircə səbəbi var – İqbal Ağazadə parlamentin üzvüdür. Mən parlamentdən imtina etmirəmsə, buna mənəvi gücüm çatmırsa, nəyə görə aşağı strukturlarda təmsil olunanları oradan uzaqlaşdırmalıyam? İmtina ediriksə, özümüz də etməliyik. Ona görə də məqsəd ajiotaj yaratmaqdırsa, daha böyük ajiotaj təklif etdik. Mən bu məsələdə Xalq Cəbhəsindən də, Liberal Partiyasından da, ADP-dən də, VİP-dən də dəstək istədim. Çünki onlar bu məsələni vaxtilə Müsavat Partiyasının qarşısında qaldırmışdılar, Müsavat isə bu təkliflə razılaşmayaraq parlamentə getmiş və “Azadlıq” bloku dağılmışdı. Çox sağ olsun dostlarımız, ADP də, AXCP də, ADP də, VİP də bu məsələdə ya çox ədalətli, ya da ədalətə yaxın mövqe nümayiş etdirdilər. Mən onların orta mövqe tutmasını da anlayıram ki, hərəkatın dağılmasını istəmirlər. Amma bununla belə, bu cığallığa bir “dur” demək lazımdır. “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə hər kəslə şərtlə danışmaq olmaz. Buyurun, bu iqtidarla necə deyirsiniz, elə mübarizə aparaq. Amma məntiq o deyil ki, sən bir partiya kimi əlindəkilərdən imtina et, mənim əlimdəkilərə dəymə. Mən siyasi fəlsəfə olaraq qəbul edirəm ki, müxalifət dövlət strukturlarında daha çox təmsil olunsa, daha çox şey əldə edər. Ola bilsin ki, bəzi adamlarımız qoyduğumuz xətti doğru-dürüst yerinə yetirə bilmir. Amma böyük əksəriyyət yerinə yetirir və bu əksəriyyətin naminə bu təmsilçiliyi daha da genişləndirmək lazımdır ki, daha böyük mövqelər qazanasan. Kimsə sübut etmək istəyirsə ki, imtina daha böyük imkanlar yaradır, mən də deyirəm ki, gəlin, daha böyük şeylərdən imtina edək. Aşağılar da görsün ki, biz onları nəyəsə məcbur etməkdən əvvəl özümüz daha çox şeydən imtina edirik.
- Seçki komissiyalarından nümayəndələrini geri çağırmayan Ümid Partiyasının real və əsl müxalifət olmaması barədə fikirlər də səslənir. Siz özünüzü real müxalifət hesab edirsinizmi?
- Biz hələ 2006-cı ildə bəyan etmişik ki, müxalifət olmaq uğrunda deyil, hakimiyyət uğrunda çalışırıq. Əgər politoloji aspektdən qiymət versək, biz bu gün müxalifətdəyik. Bunu kimsə inkar edə bilməz. Kimsə bizi müxalifət hesab etmirsə, bu, onun problemidir. Pənah Hüseyn deyir ki, real müxalifət Müsavat, AXCP və Xalq Partiyasıdır. Pənah bəy sağ olsun ki, məni ölkənin baş naziri, prezidenti, yaxud Milli Məclisin sədri, partiya rəhbərliyini də hökumət üzvləri hesab edir. Pənah Hüseynin xətrinə dəyməsin, Xalq Partiyasının sədri deputat köməkçisidir və real müxalifət sayılır. Heç bir rayon təşkilatı olmayan qurum real müxalifətdir, amma geniş struktura malik, proseslərdə müəyyən rol oynayan Ümid Partiyası müxalifət deyil? Bu, absurddur. Yenə də deyirəm, mən müxalifətçilik uğrunda döyüşmürəm, kim bizi müxalifət hesab etmirsə, etməsin. Görünür, “real müxalifət bizik” deyənlər artıq yerlərini itirmək təhlükəsini gördükləri üçün belə möhkəm qışqırırlar. Bu, bizim günahımız deyil. Kimlər bu vəziyyətə gətirib çıxarıblarsa, günahı özlərində axtarsınlar. Biz Ümid Partiyası olaraq, mən özüm fərd olaraq bu gün bizimlə döyüşmək istəyən Müsavatın hakimiyyətə gəlməsi üçün əlimizdən gələni etmişik. İnsanlar üçün mübarizə aparmaq o zaman çətinləşir ki, əlində olanı itirmək qorxusu olur. Əlində heç nə olmayanda mübarizə aparmaq çox asandır. Mən əlimdə partiya, millət vəkili mandatı ola-ola itirməkdən qorxmamışam. Ona görə də hesab edirəm ki, hər kəsin yerini cəmiyyət və seçkilər müəyyən edəcək.
- Müsavat funksionerləri bildirirlər ki, onlar üçün vacib olan Ümid Partiyasının bu məsələyə dair siyasi qərar verməsidir. Seçki komissiyalarının üzvlərini geri çağırmağın hüquqi mexanizmi olmadığından sizin qəbul edəcəyiniz qərar təmsilçiləriniz tərəfindən icra olunmaya da bilər. Bu baxımdan narazılıqların aradan qaldırılması üçün Ümid Partiyasının belə bir siyasi qərar qəbul etmək ehtimalı nə qədərdir?
- Şərtimiz yerinə yetirilməsə, sıfırdır. Çünki konkret olaraq MSK-da təmsil olunan Akif Qurbanov partiyanın üzvü deyil. Amma bu insan referendumun yekun protokoluna imza atmayıb, müxalifətin mövqeyini müdafiə edib. Mən o adamdan nəyə görə imtina etməliyəm? Nəyə görə deməliyəm ki, sən get? Bəs mənimlə bir yerdə kim qalsın? Kim mənimlə bir yerdə olmağa layiqdir? Mən insanların sualına nə cavab verim? Kim bizim qərarlarımıza və mövqeyimizə uyğun addımlar atmırsa, biz onsuz da onlarla işləmirik. Axı bizim mövqeyimizi qoruyan adamlara necə deyə bilərəm ki, artıq bir yerdə ola bilmərik? Deməzmi niyə, günahım nədir, mən həyatımı qoymuşam bu yolda... Onlara deyim ki, Müsavat Partiyası belə istəyir? Biz belə bir qərarı o zaman verə bilərik ki, müsavatçı deputatlar da, mən də parlamentdən imtina edək və sonra seçki komissiyalarındakı üzvlərə deyək ki, bağışlayın, siz orada bizə görə təmsil olunursunuz, biz öz statusumuzdan imtina edirik və siz də arxamızca gəlin.
- Növbəti mərhələdə Azərbaycanda mübarizə hakimiyyətlə hansı müxalifət partiyası arasında olacaq?
- 2005-ci il dekabrın 7-də APA-ya müsahibəmdə bildirmişdim ki, 2008-ci ilin prezident seçkilərində hakimiyyətin əsas alternativi mən və Ümid Partiyası olacaq. Bu sözə çox ironik yanaşanlar olmuşdu. Amma prezident seçkiləri birinci və ikincinin kim olduğunu göstərdi. Bu mərhələdən sonra Azərbaycanda iqtidarla mübarizə aparacaq əsas qüvvə Ümid Partiyasıdır. Buna şəkk-şübhəm yoxdur.
- Bu fikrinizi necə əsaslandıra bilərsiniz?
- Bunu əsaslandırmağa ehtiyac yoxdur. Zaman ən gözəl əsasdır. Bunları zaman göstərəcək. Qarşıdan 2010-cu ilin parlament seçkiləri gəlir. Bir neçə aydan sonra isə bələdiyyə seçkiləri keçiriləcək.
- Parlamentin iclasında xalq artisti titulunun ləğv olunması təşəbbüsü ilə çıxış etməyinizə səbəb nədir?
- Konstitusiya ilə adlar vermək prezidentin müstəsna hüququdur. Amma təbii ki, prezident hamının yaradıcılığını izləmir. Bunun üçün xüsusi strukturlar var. Bu strukturlar doğru adamları təqdim etməyi bacarmalıdır. Xalq artisti odur ki, onun sənəti öyrənilməyə layiq olsun. Məsələn, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Hacıbaba Hüseynov, Arif Babayev, Zeynəb Xanlarova… Bəzi gənc sənətkarlar da var ki, həqiqətən onlar belə bir ad almağa layiqdir. Mən ad çəkmək istəmirəm, bu gün xalq artisti adı alanların siyahısına baxaq. Onlardan nə öyrənmək mümkündür? Onlar nəyə görə xalqın artistidir? Aktyorlarla bağlı da eyni vəziyyət yaranıb. Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri də xalq artistidir, digərləri də. Bu şəkildə ucuzlaşdırmaq doğru deyil. Ya xalq artisti titulu ləğv edilməli, ya da bir bədii şura tipli qurum olmalı və sənətçiləri bu qurum qiymətləndirməlidir. Ömründə yarım saat canlı repertuarı olmayan adamlar bu gün xalq artistidir, 60 il külüng vuran Süleyman Abdullayev isə heç əməkdar artist də deyil. Həmin adamlar Süleyman Abdullayevlə üz-üzə gələndə utanmırlarmı?

Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb