Bank Of Baku

Sumqayıtda YAP Qadınlar Şurasının müşavirəsi keçirilib

Sumqayıtda YAP Qadınlar Şurasının müşavirəsi keçirilib
# 01 oktyabr 2009 20:26 (UTC +04:00)
Bakı – APA. Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası Sumqayıtda müşavirə keçirib.

APA-nın xəbərinə görə, müşavirə partiyanın bələdiyyə seçkilərinə hazırlıqla bağlı müəyyənləşdirdiyi plana uyğun olaraq reallaşıb. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının qərargahında baş tutan bu müşavirədə bələdiyyə seçkilərinə hazırlıq və perspektiv məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu gündən etibarən partiyanın Qadınlar Şurası Azərbaycanın bütün regionlarında müşavirələr keçirəcək. Həmin tədbirlərdə seçkilərlə bağlı qadınlar şuralarının fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR