Bank Of Baku

Metroda gediş haqqının qaldırılmasına etiraz olaraq aksiya keçirilməsi planlaşdırılır

Metroda gediş haqqının qaldırılmasına etiraz olaraq aksiya keçirilməsi planlaşdırılır
# 02 oktyabr 2009 14:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyaların növbəti toplantısında metroda gediş haqlarının qalxmasına etiraz olaraq Bakı Metropoliteninin binası qarşısında aksiya keçirməsi müzakirə olunacaq. Bu barədə APA-ya ittifaqa daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun sözlərinə görə, metrodan, əsasən əhalinin maddi baxımdan imkansız təbəqəsi istifadə edir və gediş haqlarının qalxması onsuz da ağır şəraitdə yaşayan əhalinin vəziyyətini daha da pisləşdirəcək. M. Mirəloğlu bildirib ki, aksiyanın keçirilməsi barədə qərar qəbul olunacağı halda, onun günü təyin ediləcək. DUİ metroda geniş haqlarının endirilməsini tələb edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR