Bank Of Baku

KXCP oktyabrın 10-da yekun qərarını verəcək

KXCP oktyabrın 10-da yekun qərarını verəcək
# 02 oktyabr 2009 14:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı yekun qərarını oktyabrın 10-da Ali Məclisin iclasında verəcək. Partiyanın sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, toplantıda partiyanın seçkilərdə hansı formatda iştirak edəcəyi müəyyənləşəcək. Onun sözlərinə görə, Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar seçkidə birgə iştiraka tərəfdar olsalar da, qanunvericilikdə yaradılan bir sıra əngəllər buna imkan vermir. Bu səbəblə DUİ-yə daxil olan partiyalar seçkidə ayrılıqda iştirak edəcək. M. Mirəlioğlu ittifaqdakı bütün partiyaların öz namizədlərini KXCP adından irəli sürməsi təklifinin də masada olduğunu vurğulayıb: “Məclisin iclasında bu məsələlərə aydınlıq gətiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR