Bank Of Baku

Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Azərbaycan Avropa Hərəkatının təmsilçisi ilə görüşüb

Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Azərbaycan Avropa Hərəkatının təmsilçisi ilə görüşüb
# 02 oktyabr 2009 20:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Beynəlxalq Avropa Hərəkatının Azərbaycan Komitəsinin (Azərbaycan Avropa Hərəkatı) baş katibi Rəşad Xasayoğlu Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Koteklə görüşüb.

Azərbaycan Avropa Hərəkatının vitse-prezidenti Ramil Məmmədlinin APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycanda insan hüquqlarının, demokratik təsisatların vəziyyəti, Avropaya inteqrasiya istiqamətinə görülən işlərlə bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycan Avropa Hərəkatı arasında qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə mövzusu olub. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə qərara alınıb ki, Azərbaycan Avropa Hərəkatı ilə Avropa Şurasının Azərbaycan nümayəndəliyi arasında Qərbə inteqrasiya istiqamətində görülən işlər çərçivəsində əməkdaşlıq inkişaf etdirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR