Bank Of Baku

Fazil Qəzənfəroğlu Milli Məclisdə qapalı toplantı keçirilməsini təklif edib

Fazil Qəzənfəroğlu Milli Məclisdə qapalı toplantı keçirilməsini təklif edib
# 05 oktyabr 2009 10:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Qəzənfəroğlu Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib. APA-nın xəbərinə görə, F. Qəzənfəroğlu məktubunda bildirib ki, son vaxtlar Türkiyə-Ermənistan münasibətlərinin yeni mərhələyə daxil olması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların imzalanma tarixinin müəyyən olunması bütün Azərbaycan vətəndaşlarını, o cümlədən siyasi partiyaları ciddi narahat edir: “Türkiyə rəsmiləri hər dəfə Azərbaycanın maraqlarına zidd addımlar atmayacaqları barədə bəyanatlar səsləndirsələr də, həmin protokollarda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı müddəaların yer almaması faktı bizləri hələ də cavabı bəlli olmayan suallarla qarşı-qarşıya qoyur. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq çoxluğu Dağlıq Qarabağ məsələsini ümummilli məsələ kimi qəbul etdiyindən, indiki məqamda siyasi iqtidara münasibətindən asılı olmayaraq bütün partiyaların ekstremal şəraitdə ölkənin yeni xarici siyasət strategiyasının formalaşmasında iştirakı və cəmiyyətimizin maraqlarının uzlaşdırılması zərurəti daha ciddi aktuallıq kəsb edir. Türkiyə və Ermənistan arasında protokolların yaxın on gün müddətində imzalanmasının real olduğunu nəzərə alaraq rəhbəri olduğum Böyük Quruluş Partiyası adından təklif edirəm ki, Milli Məclis rəhbərliyinin, Azərbaycan xarici işlər nazirinin və Milli Məclisdə təmsil olunan bütün siyasi partiya rəhbərlərinin və ya onların təmsilçilərinin iştirakı ilə qapalı toplantı keçirilsin. Həmin toplantıda Türkiyə və Ermənistan arasında imzalanacaq protokolların Azərbaycan üçün yarada biləcəyi mümkün təhlükələr və problemlər barədə informasiya və fikir mübadiləsinin aparılmasının, fərqli platformada olan siyasi partiyaların ümummilli məsələdə mövqelərinin uzlaşdırılmasının ölkəmiz üçün ciddi faydası olacağına inamım böyükdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR