Bank Of Baku

Arif Hacılı: “Bundan sonrakı mərhələdə Müsavatla Ümid arasında müttəfiqlik mümkün olmayacaq”

Arif Hacılı: “Bundan sonrakı mərhələdə Müsavatla Ümid arasında müttəfiqlik mümkün olmayacaq”
# 05 oktyabr 2009 11:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyasının Qarabağ və Respublika Uğrunda Hərəkatdan çıxmaq niyyəti yoxdur. Çünki Müsavat bu birlikdən çıxsa, hərəkatın mahiyyəti tamamilə dəyişəcək”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O, problemlərin həll olunacağını və Müsavatın hərəkatdan çıxmasına ehtiyac qalmayacağını düşündüyünü söyləyib. A. Hacılı Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrini geri çağırması ilə bağlı qoyduqları şərtdən geri çəkilmək fikrində olmadıqlarını da bəyan edib: “Hərəkatda təmsil olunan əsas partiyalar Müsavatın mövqeyini müdafiə edəcəklər”.

ADP və ALP-nin Müsavatın irəli sürdüyü şərtə qarşı çıxmasına gəldikdə, A. Hacılı bildirib ki, bu məsələdə tələsməyə ehtiyac yoxdur: “Hadisələri qabaqlamaq lazım deyil. Mətbuatda deyilən mövqelər başqadır, müzakirələr nəticəsində qəbul olunan qərarlar başqa. Mən hesab edirəm ki, qərarların qəbul olunmasını gözləmək lazımdır. Yaxın günlərdə bu qərarlar qəbul olunacaq. Bundan sonrakı mərhələdə Müsavatla Ümid arasında müttəfiqlik mümkün olmayacaq. Amma bu məsələ yəqin ki, hərəkatın toplantısında müəyyənləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR