Bank Of Baku

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 05 oktyabr 2009 11:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda BAXCP-nin bələdiyyə seçkilərinə hazırlığı və namizədlərin vahid siyahısının hazırlanması müzakirə edilib. Türk Dövlətləri Parlament Assambleyasının (Türk PA) Bakıda keçirilən sessiyası və Türk Dövlətləri başçılarının Naxçıvanda keçirilən zirvə toplantısına diqqət yetirən İH üzvləri hər iki hadisəni Azərbaycanın, bütün türk dövlət və topluluqlarının həyatında mühüm hadisə kimi qiymətləndiriblər. BAXCP İH hesab edir ki, Türk PA-nın sessiyasında qəbul edilən qərarlar və Türkdilli Dövlət başçılarının Naxçıvan sammitində Əlaqələndirmə Şurasının yaradılması türk dövlətlərinin və xalqlarının inteqrasiya prosesinə təkan verəcək, prosesləri işgüzar və sistemli məcraya çevirə biləcək.

İH-də Türkiyə-Ermənistan münasibətləri, iki ölkə arasında yaxın zamanlarda imzalanması nəzərdə tutulan protokollar müzakirə edilib. Partiya rəhbərliyi Türkiyə-Ermənistan protokollarının Türkiyə parlamentindən öncə Azərbaycan parlamentində müzakirəsini məqsədəuyğun hesab edib. Bununla bağlı BAXCP İH-nin hökumətə və Milli Məclisə müraciətində belə bir müzakirənin keçirilməsinin vacibliyi qeyd olunur. BAXCP hesab edir ki, Azərbaycan parlamenti bu müzakirələrin nəticəsi olaraq Türkiyə Böyük Millət Məclisinə müraciət qəbul etməli və onları Azərbaycan əraziləri işğaldan azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin qurulmasına, sərhədlərin açılmasına xidmət edən protokolların əleyhinə səs verməyə çağırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR