Bank Of Baku

Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Yuta ştatına işgüzar səfər edib - FOTO

Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Yuta ştatına işgüzar səfər edib - <font color=red>FOTO</font>
# 05 oktyabr 2009 12:11 (UTC +04:00)
Los-Anceles. Zaur Həsənov - APA. Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov və vitse-konsul Elman Abdullayev Yuta ştatına işgüzar səfər ediblər. Konsulluqdan APA-ya verilən məlumata görə, ştatın qubernatoru Harri Gerbertlə görüşü zamanı Azərbaycan-ABŞ münasibətlərinin dinamikası müzakirə olunub, rəsmi Bakının regional təhlükəsizliyin təmin edilməsi yönündə siyasətindən və Azərbaycan cəmiyyətinin uzun əsrlik tolerantlıq ənənələrindən söhbət açılıb. Qubernator H. Gerbertə Azərbaycan Diplomatik Akademiyasının nəşr etdiyi və ölkənin xarici siyasətindən bəhs edən kitab təqdim olunub.

E. Süleymanov ştatın paytaxtı Solt Leyk Siti şəhərində yerli Ticarət Palatasında, Yuta Universitetində, həmçinin Yuta Valle və Brayqam Yanq universitetlərində məruzə ilə çıxış edib. Elm ocaqlarının müəllim və tələbə heyəti qarşısında çıxışları zamanı baş konsul Azərbaycanın regionda apardığı siyasət, bu siyasətin ABŞ-la münasibətlərə verdiyi töhfədən danışıb.

Azərbaycanlı diplomatlar ştatın əsas dini icması Marmon kilsəsinin nümayəndələri ilə də görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR