Bank Of Baku

ADP Madrid prinsiplərinin yenilənmiş variantının tərəflərə təqdim olunması haqda məlumatlardan narahatdır

ADP Madrid prinsiplərinin yenilənmiş variantının tərəflərə təqdim olunması haqda məlumatlardan narahatdır
# 05 oktyabr 2009 14:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə növbəti səfəri zamanı Madrid prinsiplərinin yenilənmiş variantının tərəflərə təqdim olunması haqqında verilən məlumatlardan narahat olduğunu bildirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İdarə Heyətinin bu gün keçirilən iclasında aparılan müzakirələr zamanı yeni variantlar bağlı ictimaiyyətə heç bir məlumatın verilməməsi pislənilib. ADP hesab edir ki, Azərbaycan hakimiyyəti ən azı müxalif siyasi partiyalarla Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı mövcud vəziyyətə dair müzakirələr aparmalıdır. Ermənistan ərazisinin Azərbaycan əraziləri hesabına genişləndirilməsinə gətirib çıxaran istənilən həll variantı Azərbaycan xalqı tərəfindən rədd ediləcəyini bildirən partiya xalqın rəyi nəzərə alınmadan əldə olunan istənilən razılaşma legitim olmayacağını bildirib.

İclasda metroda gediş haqlarının artırılması müzakirə olunub və Tarif Şurasının bu qərarı pislənilib. Partiya rəhbərliyi həmçinin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerli televiziyaların fəaliyyəti ilə əlaqədar dərc olunan məqaləsində göstərilən tənqidi məqamlarla razılaşdığını bildirib. İH üzvləri eyni zamanda bu neqativ halların ölkədə yeridilən səhv mətbuat siyasətinin nəticəsi olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR