Bank Of Baku

AMİP nümayəndə heyətinin İsveç səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

AMİP nümayəndə heyətinin İsveç səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
# 06 oktyabr 2009 11:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) nümayəndə heyətinin İsveçə səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, partiyanın mətbuat və təbliğat katibi Əli Orucov bildirib ki, sentyabrın 28-dən oktyabrın 2-nə qədər davam edən səfərin məqsədinin İsveçin hakim Moderat Partiyası ilə təcrübə mübadiləsinin həyata keçirilməsi olub. Səfər zamanı AMİP rəhbərliyi İsveçin Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Olof Ehrenkrona, parlamentin xarici əlaqələr komissiyasının müdiri Valburqa Habsburq Douqle, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz münaqişələri üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker, Ombudsman Karla Ramsbak və digər şəxslərlə görüşlər keçirib, Jarl Harmson Fondunda, bir sıra bələdiyyələrdə olublar. Ə. Orucovun sözlərinə görə, hazırda Avropa İttifaqına İsveç sədrlik edir və İsveç rəsmiləri ölkə üçün vacib olan problemlərin Avropa İttifaqına daşınması üçün AMİP-in təkliflər hazırlamasını təklif ediblər: “İsveç Avropa İttifaqına sədrlik etdiyi üçün bu ölkə istənilən məsələni qurumun sessiyalarında müzakirəyə çıxara bilər. Buna görə də biz hazırda müzakirə üçün təkliflər hazırlayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR