Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkatın taleyi ilə bağlı yekun qərar qəbul etmək mümkün olmayıb

Qarabağ və Respublika Uğrunda Hərəkatın taleyi ilə bağlı yekun qərar qəbul etmək mümkün olmayıb
# 06 oktyabr 2009 15:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Qarabağ və Respublika Uğrunda Hərəkatın növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, toplantıdan sonra Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, hərəkatın bundan sonrakı taleyi ilə bağlı aparılan müzakirələrdə yekun qərar qəbul etmək mümkün olmayıb. Buna səbəb “Azadlıq” blokuna daxil olan partiyaların mövqeyinin dəqiqləşməməsidir. İ. Ağazadə indiki mərhələdə Müsavat Partiyasının Ümid Partiyasının seçki komissiyalarından nümayəndələrini geri çağırmaq barədə şərtindən geri çəkilmədiyini deyib. Ümid sədri bildirib ki, bu məsələlərlə bağlı bu həftə ərzində konkret qərar qəbul olunacaq.

AXCP sədri Əli Kərimli “Azadlıq” blokunun mövqeyinin qətiləşdirməməsi barədə açıqlama verməyib.

Müsavat başqanı İsa Qəmbər isə deyib ki, hələlik hərəkata daxil olan partiyalar yekun qərar verməkdə çətinlik çəkirlər: “Yəqin ki, bəzi partiyalara müəyyən qədər zaman lazımdır”.

İ. Qəmbər bildirib ki, Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrini geri çağırması ilə bağlı Müsavat Partiyasının irəli sürdüyü şərt yox, təklifdir: “Bunun da məntiqi var. Biz hesab edirik ki, ölkəni bu vəziyyətdən çıxarmağın yeganə yolu azad və ədalətli seçkilərdən keçir. Bunun üçün əsas şərtlərdən biri müstəqil seçki komissiyalarının müstəqil formalaşmasıdır. Ona görə də hakimiyyətin seçki komissiyalarında müxalifət var deməsinə imkan verməmək lazımdır. Bu bir prinsipdir və hərəkatda qəbul olunmalıdır. Bunun ətrafında diskussiyalar gedir və yəqin ki, yaxın günlərdə yekun qərar qəbul olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR