Bank Of Baku

Müasir Müsavat Partiyası Nərimanov rayon İcra Hakimiyyətinin binası qarşısında piket keçirəcək

Müasir Müsavat Partiyası Nərimanov rayon İcra Hakimiyyətinin binası qarşısında piket keçirəcək
# 07 oktyabr 2009 12:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müasir Müsavat Partiyası (MMP) Nərimanov rayon İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiya ilə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. Aksiya oktyabrın 12-nə təyin olunub. Piketin keçirilməsinə səbəb korrupsiya, rüşvətxorluq, süründürməçiliyə etiraz etməkdir.

Partiyanın mətbuat xidmətindən bildirilib ki, MMP İdarə Heyəti bir sıra dövlət idarə və müəssisələrinin qarşısında analoji problemlərə son qoyulması tələbi ilə aksiya keçirəcək. İlk aksiyanın Nərimanov rayon İcra Hakimiyyətinin binası qarşısında təyin olunmasına səbəb isə partiyaya bu qurumdan şikayətlərin çoxluğudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR