Bank Of Baku

MSK bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planını təsdiqləyib

MSK bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planını təsdiqləyib
# 07 oktyabr 2009 14:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planı qəbul olunub. APA-nın məlumatına görə, iclasda MSK katibi Natiq Məmmədov Təqvim Planı barədə məlumat verib. Onun sözlərinə görə, seçkilərin elan olunması ilə bağlı qərar rəsmi qəzetlərdə dərc edildikdən sonra namizədlərin irəli sürülməsi mərhələsi başlayır. İmza toplama kampaniyası namizədliyi təsdiq edən sənədlər qəbul olunduqdan sonra başlayacaq. N. Məmmədov bildirib ki, Təqvim Planına görə Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı dekabrın 13-dək - səsverməyə 10 gün qalana kimi , Dairə Seçki Komissiyalarında isə dekabrın 18-dək – səsverməyə 5 gün qalana kimi davam edəcək. Noyabrın 18-nə kimi seçici siyahılarının dəqiqləşdirilməsi prosesi aparılacaq. Namizədliyi qeydə alınan şəxslərin təbliğat-təşviqat kampaniyası noyabrın 25-dən dekabrın 22-si saat 08.00-dək aparılacaq. N. Məmmədov bildirib ki, seçkilərdə “exit poll” keçirmək istəyən təşkilatlar dekabrın 3-dək sənədləri MSK-ya təqdim etməlidirlər.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, seçkilər 1718 bələdiyyədə 15682 yer üçün keçiriləcək. O, məcburi köçkün statusunda olanlardan başqa bütün seçicilərin seçkilərdə iştirak edə biləcəyini qeyd edib. M. Pənahov səsvermənin 118 seçki dairəsində keçiriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR