Bank Of Baku

Məzahir Pənahov: “Seçki komissiyalarında iqtidar, müxalifət söhbəti yoxdur”

Məzahir Pənahov: “Seçki komissiyalarında iqtidar, müxalifət söhbəti yoxdur”
# 07 oktyabr 2009 15:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Seçki komissiyalarında iqtidar, müxalifət söhbəti yoxdur. Komissiyaların formalaşmasının ümumi prinsipləri var”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəzi müxalifət partiyalarının seçki komissiyalarında müxalifəti təmsil edən nümayəndələrin olmaması barədə fikirlərə münasibət bildirərkən deyib. MSK sədri bildirib ki, seçki komissiyaları Seçki Məcəlləsində nəzərdə tutulduğu şəkildə formalaşır: “Seçki Məcəlləsində isə göstərilir ki, seçki komissiyaları parlamentdə olan çoxluq, azlıq və bitərəflərin nümayəndələrindən formalaşır. Hazırkı seçki komissiyaları da məhz bu prinsip əsasında formalaşıb. Əslində, mən partiyaların bu kimi iddialarına pis baxmıram. Çünki siyasi partiyaların öz maraqları var. Elə siyasi mübarizə də budur. Demokratik cəmiyyət odur ki, bütün siyasi partiyalar məsələlərə istədiyi prizmadan yanaşa bilsin. Amma bu şərtlə ki, ümumi ana xətt xalqa xidmət eləsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR