Bank Of Baku

Məzahir Pənahov: “Siyasi partiyaların nədənsə narazı olması çox təbii bir şeydir”

Məzahir Pənahov: “Siyasi partiyaların nədənsə narazı olması çox təbii bir şeydir”
# 07 oktyabr 2009 15:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Siyasi partiyalar, seçki blokları ilə fiziki şəxslərin seçkilərdə iştirakı fərqli olmalıdır. Bütün sahələrdə hüquqi şəxslərdən fiziki şəxslərə nisbətən daha çox sənəd tələb olunur. Bu təkcə seçkilərdə belə deyil”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK-nın qəbul etdiyi təlimatlarda siyasi partiyalar və seçki bloklarının seçkilərdə iştirakı üçün bir sıra süni əngəllərin yaradılması ilə bağlı bəzi müxalifət partiyalarının iddialarına münasibət bildirən M. Pənahov deyib ki, əksinə, hüquqi şəxslərdən ən az sayda sənəd məhz seçkilərdə tələb olunur: “Ona görə də mən üzümü partiyalara tutub deyirəm ki, bu barədə narahat olmasınlar. Əgər seçkilərdə iştirak üçün hansısa bu və ya digər qoyulan tələblər problem yaratsa, biz MSK olaraq bunları aradan qaldıracağıq. Seçkilərin məqsədi də budur ki, maraqlı tərəflər bu prosesdə iştirak etsinlər”.

M. Pənahov qeyd edib ki, siyasi partiyaların nədənsə narazı olması çox təbii bir şeydir: “Buna qeyri-adi baxmaq lazım deyil, bu o deməkdir ki, ölkədə siyasi fəallıq var. Yəni, partiyalar gedən proseslərə biganə deyillər. Vaxt gələcək Azərbaycanda bu cür məsələlər seyrələcək, partiyalar Qərbdə olduğu kimi maariflənəcək, kifayət qədər səviyyələri qalxacaq və məsələlərə bu şəkildə yox, qanunauyğun münasibət bildirəcəklər. Münasibət qanuna bildirilməlidir, başqa şeyə yox”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR