Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev “Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb
# 07 oktyabr 2009 17:20 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Tovuz rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon (beş milyon) manat məbləğində vəsait ayrılıb. Bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək Maliyyə Nazirliyinə tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR