Bank Of Baku

Bərdədə müsavatçılarla yerli sakinlər arasında insident baş verib

Bərdədə müsavatçılarla yerli sakinlər arasında insident baş verib
# 08 oktyabr 2009 11:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bələdiyyə seçkilərinə hazırlıqla bağlı Bərdə rayonuna səfər etmiş Müsavat Partiyasının rəhbərliyi ilə yerli sakinlər arasında qarşıdurma olub. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, yerli müsavatçılarla görüş üçün yer ayrılmadığından onlar şəhərin mərkəzindəki çayxanaların birinin həyətində toplaşıblar: “Bu vaxt təxminən 30 nəfər bizə hücum etdi. Ətrafda polislər də vardı, amma onlar bu təzyiqin qarşısını almadılar. Hücum edənlər bizim Bərdədən getməyimizi, öz rayonlarımızda görüşlər keçirməyimizi tələb edirdilər”. A. Hacılı qarşıdurma zamanı özünə, millət vəkili İkram İsrafilə və partiyanın rayon təşkilatının sədrinə qarşı fiziki təzyiq göstərildiyini deyib. Bununla belə, A. Hacılı yerli müsavatçılarla görüşün baş tutduğunu bildirib. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Mərkəzi Seçki Komissiyasına müraciət olunacağını qeyd edib.

Bərdə rayon Polis İdarəsinin rəis müavini Ağakişi İsmayılov isə APA-ya açıqlamasında baş vermiş qarşıdurmadan xəbərsiz olduğunu deyib: “Bununla bağlı polis idarəsinə heç bir müraciət daxil olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR