Bank Of Baku

Müxalifət partiyası Azərbaycanı ABŞ-la münasibətlərini dondurmağa çağırıb

Müxalifət partiyası Azərbaycanı ABŞ-la münasibətlərini dondurmağa çağırıb
# 08 oktyabr 2009 13:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müasir Müsavat Partiyası (MMP) Türkiyə – Ermənistan sərhədlərinin açılması üçün ABŞ prezidenti Barak Obamanın birbaşa məsələyə təzyiq etməsini, son günlər Ermənistan prezidenti Serj Sərkisyanla məsələ ilə əlaqədar telefon əlaqəsi saxlamasını mənfi hal kimi qiymətləndirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu mövqe MMP-nin İdarə Heyətinin bu gün keçirilən iclasında nümayiş olunub. Partiya rəhbərliyi hesab edir ki, ABŞ prezidentinin bu addımları Cənubi Qafqaz regionunda dövlətlərarası münasibətlərin daha da gərginləşməsinə xidmət edir. Bu proseslərin sonunda Azərbaycanın ərazi bütövlüyünün də şübhə altına alınacağını güman edən MMP rəhbərliyi Azərbaycan prezidentinə müraciət ünvanlamaq qərarına gəlib. Müraciətdə ABŞ-ın yürütdüyü siyasətə cavab olaraq bu ölkə ilə bütün siyasi, iqtisadi əlaqələri dondurmaq, Rusiya ilə əlaqələri daha da genişləndirmək təklif olunacaq. MMP həmçinin, beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında aksiyalar keçirməyi də qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR