Bank Of Baku

Aydınlar Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib

Aydınlar Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib
# 09 oktyabr 2009 16:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Aydınlar Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda partiyanın dövlət qeydiyyatı və bələdiyyə seçkilərində iştirakla bağlı müzakirələr aparılıb. Partiya sədri Qulamhüseyn Əlibəyli iclasda bildirib ki, partiyanın qeydiyyatı heç bir hüquqi əsas olmadan ləngidilir. İclasda qeydiyyatla bağlı Ədliyyə Nazirliyinin rəsmi izahat verməli olduğu bildirilib və bununla bağlı növbəti dəfə quruma müraciət etmək qərara alınıb.
Siyasi Şurada dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı məsələ də müzakirə edilib və qərara alınıb ki, qeydiyyat məsələsi həll olunmadığı üçün partiya üzvləri bələdiyyələrə fərdi qaydada namizədliklərini irəli sürsünlər. Qərarda rayon şöbələrinə namizədlərin siyahısının müəyyənləşdirilməsi və onların təbliğatının koordinasiya edilməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR