Bank Of Baku

Böyük Quruluş Partiyası oktyabrın 25-də qurultay keçirəcək

Böyük Quruluş Partiyası oktyabrın 25-də qurultay keçirəcək
# 12 oktyabr 2009 11:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 25-də Böyük Quruluş Partiyasının (BQP) 3-cü qurultayı keçiriləcək. Partiyanın başqanı Fazil Mustafa APA-ya açıqlamasında qurultayda partiya rəhbərliyinin yenidən seçiləcəyini və bələdiyyə seçkilərində iştirak məsələlərinin müzakirə olunacağını deyib. F. Mustafa qurultayda başqanlığa özünün namizədliyinin irəli sürülməməsinin də mümkün olduğunu qeyd edib: “Namizədliyim irəli sürülə da bilər, sürülməyə də... Başqanlığa digər iddiaların olub-olmaması qurultayda bəlli olacaq”.

F. Mustafa onu da qeyd edib ki, partiya bələdiyyə seçkilərində iştirak edəcək. O, hazırda namizədlər siyahısının hazırlandığını, siyahının yaxın günlərdə seçki komissiyalarına təqdim ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR