Bank Of Baku

BAXCP: Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar təcavüzkar ölkənin mövqelərinin güclənməsinə xidmət edəcək

BAXCP: Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar təcavüzkar ölkənin mövqelərinin güclənməsinə xidmət edəcək
# 12 oktyabr 2009 13:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan və Ermənistan prezidentləri arasında Kişinyovda keçirilən görüş və Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar müzakirə edilib. İdarə Heyətinin üzvləri Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların təcavüzkar ölkənin mövqelərinin güclənməsinə xidmət edəcəyini vurğulayıblar. Partiya belə bir məqamda Azərbaycanın xarici siyasətinə yenidən baxılmasını zəruri sayır. BAXCP hesab edir ki, ölkədə milli birliyə nail olunması, Azərbaycan xalqının və dövlətinin bütün potensialının ordunun gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün bərpası prosesinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmalıdır.

Toplantıda partiyanın bələdiyyə seçkilərinə hazırlığı da müzakirə edilib və bununla bağlı son qərarın İdarə Heyətinin oktyabrın 19-da keçiriləcək iclasında verilməsi qərarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR