Bank Of Baku

ATƏT-in Bakı ofisi Azərbaycanın Seçki Məcəlləsi və “Siyasi partiyalar haqqında” qanunla bağlı dəyirmi masa təşkil edəcək

ATƏT-in Bakı ofisi Azərbaycanın Seçki Məcəlləsi və “Siyasi partiyalar haqqında” qanunla bağlı dəyirmi masa təşkil edəcək
# 13 oktyabr 2009 12:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ATƏT-in Bakı ofisi Seçki Məcəlləsi və “Siyasi partiyalar haqqında” qanunla bağlı bələdiyyə seçkiləri öncəsi dəyirmi masa təşkil edəcək. APA-nın məlumatına görə, bu barədə səfir Bilgə Cankorel məlumat verib. Onun sözlərinə görə, keçiriləcək dəyirmi masada mütəxəssislər, siyasi partiyaların nümayəndələri iştirak edəcəklər. Qurum, həmçinin bələdiyyə xidmətlərinin cəmiyyətdəki rolu barədə də tədbirlər təşkil edəcək. Səfir bələdiyyə seçkiləri ilə bağlı ATƏT-in telekanallarda verilişlər hazırlayacağını, müzakirələrin təşkil olunacağını da bildirib.

Ölkədəki seçkiöncəsi vəziyyəti dəyərləndirən Bilgə Cankorel bildirib ki, demokratiyanın ideal olduğunu deyib: “Seçkilər də bu idealın bir hissəsidir. Dünyanın heç bir ölkəsində bu ideala nail olunmayıb. Amma hər gün irəliləyişin olması gözlənilir və bizim də çalışmalarımız bu istiqamətdədir. Bu seçkilərdə də daha da irəliyə doğru addım atılacağını gözləyirik”.

Səfir, həmçinin mövcud Seçki Məcəlləsinin demokratik seçkilər keçirməyə imkan verdiyini bildirib: “Amma bəzi məsələlər var. Bu problemləri də aradan qaldırmaq mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR