Bank Of Baku

“Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirakı haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

“Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirakı haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq
# 13 oktyabr 2009 15:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirakı haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkili deyib ki, sözügedən qanun layihəsi oktyabrın 16-da üzvü olduğu komitənin iclasında müzakirə ediləcək. Onun sözlərinə görə, sənəddə Azərbaycan sülhməramlılarının hansı xarakterli əməliyyatlarda iştirak edə biləcəyi əksini tapıb: “Qanun layihəsində göstərilir ki, Azərbaycan sülhməramlıları sülhyaratma, sülhün qorunması və digər bu kimi tədbirlərdə iştirak edə bilər. Azərbaycan sülhməramlılarının hansısa ikitərəfli konfliktlərdə iştirakı qadağan olunur. Bundan başqa, sənəddə sülhməramlı taborun yaradılması ilə bağlı müddəa da yer alıb”.

Z. Oruc müvafiq nazirliklərin sənədə müsbət rəy verdiyini deyib. Onun sözlərinə görə, bu qanun qəbul edildikdən sonra sülhməramlı qüvvələrin statusu müəyyən ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR