Bank Of Baku

Lətif Hüseynov Monteneqroya gedib

Lətif Hüseynov Monteneqroya gedib
# 13 oktyabr 2009 18:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov Monteneqroya gedib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, parlament Aparatının şöbə müdiri, Venesiya Komissiyasının üzvü Lətif Hüseynovun 4 gün davam edəcək səfəri zamanı Monteneqronun ayrı-seçkiliyə qarşı mübarizə sahəsində qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, L.Hüseynov Monteneqronun müvafiq qanun layihəsinə dair Venesiya Komissiyasının bu il oktyabrın 9-da qəbul etdiyi rəyi hazırlayan iki komissiya üzvündən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR