Bank Of Baku

YAP bələdiyyə seçkilərində irəli sürüləcək bütün namizədlərini müəyyənləşdirib

YAP bələdiyyə seçkilərində irəli sürüləcək bütün namizədlərini müəyyənləşdirib
# 14 oktyabr 2009 08:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində irəli sürüləcək bütün namizədlərini müəyyənləşdirib və yaxın günlərdə onlarla bağlı sənədlər seçki komissiyalarına təqdim olunacaq. APA-nın xəbərinə görə, bunu YAP sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov bildirib. Ə. Əhmədovun sözlərinə görə, YAP bələdiyyələrdə olan bütün yerlərə namizəd verəcək. Seçkilərdə YAP-ın uğur qazanacağına inandığını bildirən icraçı katib deyib ki, partiyanın şüarı bələdiyyələrin əhaliyə daha yüksək səviyyədə xidmət göstərməsi ilə bağlı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR