Bank Of Baku

Müasir Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirak edəcək namizədlərinin siyahısı təsdiqlənib

Müasir Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirak edəcək namizədlərinin siyahısı təsdiqlənib
# 14 oktyabr 2009 13:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müasir Müsavat Partiyası (MMP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində irəli sürüləcək namizədlərin siyahısını təsdiq edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qərar MMP Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilib. İclasda Ermənistan-Türkiyə sərhədlərin açılması ətrafında gedən proseslər müzakirə olunub. MMP sədri Hafiz Hacıyev bu prosesdə ABŞ Administrasiyasının böyük rolunun olduğunu qeyd edib. Buna cavab olaraq o Azərbaycanın ABŞ-la əlaqələrinin dondurulması, Rusiya ilə əlaqələrin genişləndirilməsi təşəbbüsünü irəli sürüb. İclasda həmçinin, partiyanın 3 nəfərlik ziyalı qrupunun Türkiyəyə göndərilməsi, bu ölkənin ziyalıları, ictimai xadimləri ilə müzakirələrin aparılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR