Bank Of Baku

Azərbaycan Türkiyə İş Adamları Birliyi: Dağlıq Qarabağ münaqişəsi həll edilənə qədər Ermənistanla münasibətlərin normallaşdırılması prosesi dayandırılmalıdır

Azərbaycan Türkiyə İş Adamları Birliyi: Dağlıq Qarabağ münaqişəsi həll edilənə qədər Ermənistanla münasibətlərin normallaşdırılması prosesi dayandırılmalıdır
# 14 oktyabr 2009 15:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollarla bağlı bəyanatla çıxış edib. Birliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda iş adamlarının bu məsələdən narahat olduğu bildirilir. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun həllini vacib sayan ATİB bu istiqamətdə ciddi irəliləyiş əldə edilmədikcə belə bir addımın atılmasını məqsədəuyğun saymır: “Ermənistan Türkiyəyə qarşı “soyqırım” iddiasından birmənalı şəkildə imtina etmədikcə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması adlanan proses son nəticədə yalnız Ermənistan və onun havadarları olan üçüncü dövlətlərin maraqlarına uyğun olacaq”.

ATİB hesab edir ki, hazırkı vəziyyətdə protokolların qüvvəyə minəcəyi təqdirdə Azərbaycan və Türkiyənin malik olduqları üstünlüklər heçə enəcək, Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi və sosial əlaqələrə ciddi zərbə vurulacaq: “Sərhədlərin açılması nəticəsində Türkiyənin iqtisadi mənfəət əldə edəcəyini söyləyən ekspertlər spekulyasiya ilə məşğul olurlar. Adi hesablama göstərir ki, Türkiyənin bu addımdan əldə edəcəyi mənfəət itirəcəyindən qat-qat aşağı olacaq”.

Bəyanat müəllifləri Türkiyə hökumətini Dağlıq Qarabağ münaqişəsi həll edilənə qədər Ermənistanla münasibətlərin normallaşdırılması prosesini dayandırmağa çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR