Bank Of Baku

Sosial Rifah Partiyası “Müstəqilliyimizin 18-ci ili” mövzusunda dəyirmi masa keçirib

Sosial Rifah Partiyası “Müstəqilliyimizin 18-ci ili” mövzusunda dəyirmi masa keçirib
# 15 oktyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 18 Oktyabr Müstəqillik Günü ilə bağlı “Müstəqilliyimizin 18-ci ili” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən partiya sədri, millət vəkili Xanhüseyn Kazımlı müstəqillik illərində Azərbaycanın böyük uğurlar əldə etdiyini bildirib. Millət vəkili Azərbaycanın müstəqillik əldə etməsində Heydər Əliyevin xüsusi xidmətlərinin olduğunu bildirib, üçrəngli bayrağın ilk dəfə məhz onun rəhbərlik etdiyi Naxçıvan Ali Məclisində dövlət bayrağı kimi qaldırıldığını deyib. Bu gün prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin davam etdirildiyini bildirən X. Kazımlı ölkənin böyük iqtisadi inkişafa sahib olduğunu vurğulayıb.

X. Kazımlı Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqlara da münasibət bildirib: “Türkiyənin dövlət rəsmiləri Dağlıq Qarabağ problemi həll olunmayana kimi sərhədlərin açılmayacağını bildirib və buna görə də bir qədər gözləməyə ehtiyac var. Ermənistanla sərhədlərin açılması beynəlxalq sülhü təhlükə altında qoyar”.
Tədbirdə həmçinin, ASRP-nin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR