Bank Of Baku

“Dağlıq Qarabağ: işğaldan əvvəl və sonra” kitabının və www.karabakhkonfilict.com saytının təqdimat mərasimi keçirilib

“Dağlıq Qarabağ: işğaldan əvvəl və sonra” kitabının və www.karabakhkonfilict.com saytının təqdimat mərasimi keçirilib
# 15 oktyabr 2009 09:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlının “Dağlıq Qarabağ: işğaldan əvvəl və sonra” kitabının və www.karabakhkonfilict.com saytının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Q. Çaxmaqlı bildirib ki, kitab və sayt Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan əhalinin işğala qədərki və işğaldan sonrakı dövrdə sosial-iqtisadi durumu” layihəsi çərçivəsində hazırlanıb. Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi, Muxtar Vilayətin yaranması, SSRİ dövründə bu ərazi ilə bağlı qəbul olunmuş qərarlar, bir sıra sənədlər öz əksini tapıb. Həmçinin, hazırda Dağlıq Qarabağda yaşayan erməni mənşəli əhalinin sosial-iqtisadi durumu da kitabda oxucuların diqqətinə çatdırılıb.

Təqdimatda iştirak edən digər şəxslər kitabla bağlı rəylərini bildirib və onu digər dillərə tərcümə olunmasını vacib sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR