Bank Of Baku

Arif Hacılı: “Hazırda Müsavatla AXCP arasında müttəfiqlik və ya birləşmə ilə bağlı müzakirə aparılmır”

Arif Hacılı: “Hazırda Müsavatla AXCP arasında müttəfiqlik və ya birləşmə ilə bağlı müzakirə aparılmır”
# 15 oktyabr 2009 12:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Hazırda Müsavatla AXCP arasında müttəfiqlik və yaxud birləşmə ilə bağlı heç bir müzakirə aparılmır və bu barədə verilən məlumatlar yanlışdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, Müsavat Partiyası müxalifət düşərgəsinin inteqrasiyasında daim maraqlıdır və müxalifətdaxili inteqrasiya dedikdə ilk növbədə Müsavatla AXCP və ya Müsavatla “Azadlıq” blokunun müttəfiqliyini nəzərdə tutur: “Şəxsən mən belə hesab edirəm ki, əgər AXCP “Azadlıq” blokundan kənar Müsavatla müttəfiqlik imkanlarına malik deyilsə və bu, blokun fəaliyyətinə hansısa xələl gətirirsə, Müsavatla “Azadlıq” blokunun müttəfiqlik məsələsini müzakirə edə bilərik”. A. Hacılı xatırladıb ki, AXCP-Müsavat müttəfiqliyi ilə bağlı təkliflər sistemli olaraq zaman-zaman irəli sürülüb, hazırda isə bu mövzuda hər hansı müzakirə aparılmır.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov da hazırda Müsavat Partiyası ilə Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində müttəfiq olduqlarını vurğulayıb: “AXCP olaraq biz həmişə müxalifətin birliyinin tərəfdarı olmuşuq və Müsavatla da normal münasibətlərimiz var. Hazırda “Azadlıq” blokundayıq. Müsavatla ayrıca müttəfiqliklə bağlı isə heç bir müzakirə aparılmır. Bu barədə təkliflər də olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR