Bank Of Baku

Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansenlə görüşüb

Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansenlə görüşüb
# 15 oktyabr 2009 12:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansenlə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, YAP qərargahında keçirilən görüşdə Ə. Əhmədov dekabrda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq, tətbiq olunacaq yeniliklər, namizədlərin müəyyən olunması və onlarla iş, təbliğat işinin həyata keçirilməsi, bu ilki bələdiyyə seçkilərində gənclərə, eləcə də qadınlara verilən üstünlük haqqında geniş məlumat verib. Ə. Əhmədov payız sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihələri və onların perspektivləri haqqında ABŞ diplomatı ilə fikir mübadiləsi aparıb.

Görüşdə YAP təmsilçisi həmçinin Türkiyə - Ermənistan münasibətinə toxunub, Türkiyə hökumətinin Azərbaycanın mənafeyini daima qoruduğunu bildirib və bu əlaqələrinin yüksələn xətlə inkişafda olacağına əminliyini vurğulayıb. Görüş zamanı Ə. Əhmədov ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyindən də şikayətlənib və Azərbaycan xalqının sözügedən qrupun qeyri-obyektiv fəaliyyətindən narazı olduğunu diplomatın diqqətinə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR