Bank Of Baku

Azərbaycan prezidenti İran prezidentinin İcra Aparatının rəhbərini qəbul edib

Azərbaycan prezidenti İran prezidentinin İcra Aparatının rəhbərini qəbul edib
# 15 oktyabr 2009 17:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikası Prezidentinin İcra Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısı İran Prezidentinin İcra Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayinin Azərbaycana səfərinin münasibətlərimizin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. İsfəndiyar Rəhim Məşayi İran prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdıraraq, İran prezidentinin məktubunu prezident İlham Əliyevə təqdim edib. Məktuba görə təşəkkür edən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, məktubda qeyd olunan vacib məqamlar əməkdaşlığımızı gələcəkdə də gücləndirəcəkdir. Dövlət başçısı İran prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran prezidentinə çatdırmağı xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR