Bank Of Baku

Bakıda keçiriləcək Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,4 milyon manat vəsait ayrılıb

Bakıda keçiriləcək Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,4 milyon manat vəsait ayrılıb
# 15 oktyabr 2009 17:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsini təmin etmək Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı imzalanan sərəncama görə, Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 2 milyon 400 min manat məbləğində vəsait ayrılıb. Qeyd edək ki, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təşkilat komitəsi tərəfindən Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının 2009-cu ilin dekabr ayında Azərbaycanda keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR