Bank Of Baku

QAT “Qarabağ: dünən, bu gün, sabah” kitabının təqdimat mərasimini keçirib

QAT “Qarabağ: dünən, bu gün, sabah” kitabının təqdimat mərasimini keçirib
# 16 oktyabr 2009 10:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) “Qarabağ: dünən, bu gün, sabah” kitabının təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən QAT sədri Akif Nağı deyib ki, “Qarabağ: dünən, bu gün, sabah” kitabı bu ilin mayında Qarabağa dair keçirilən konfransın materialları əsasında çap olunub. Onun sözlərinə görə, kitabda Qarabağın tarixinə, işğal edilməsinə, hazırkı vəziyyətinə dair dəyərli faktlar toplanıb. QAT sədri kitabla bərabər Qarabağ həqiqətlərinə dair çap etdirtdiyi altı kitabçanı da müxtəlif dillərə çevirdiklərini və xarici ölkələrə səfər edən şəxslərə payladıqlarını bildirib: “Azərbaycandan xaricə gedən şəxslər bu kitabları bizə müraciət etməklə əldə edə bilərlər. Hesab edirik ki, kitablar qiymətli təbliğat vasitələridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR