Bank Of Baku

ATƏT-in Bakı Ofisinin rəhbəri Gəncədə siyasi partiyaların təmsilçiləri və seçki komissiyalarının rəhbərləri ilə görüşüb

ATƏT-in Bakı Ofisinin rəhbəri Gəncədə siyasi partiyaların təmsilçiləri və seçki komissiyalarının rəhbərləri ilə görüşüb
# 16 oktyabr 2009 11:53 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. ATƏT-in Bakı Ofisinin rəhbəri Bilgə Cankorel Gəncədə 9 siyasi partiyanın yerli təmsilçiləri, o cümlədən seçki komissiyalarının sədrləri ilə görüşüb. APA-nın Qərb bürosunun məlumatına görə, ATƏT təmsilçisi görüş iştirakçıları ilə qarşıdakı bələdiyyə seçkiləri barədə bəzi məsələləri müzakirə edib. O, ATƏT-in gözlənilən seçkilərdə legitimlik, siyasi plüralizm və şəffaflıq prinsipləri üzrə irəliyə doğru yeni addımlar atılmasında maraqlı olduğun, kimi görüşlərin də məhz həmin məqsədlə təşkil edildiyini ifadə edib. Səfirin və ATƏT-in Bakı ofisinin digər əməkdaşlarının seçki məsələləri, bələdiyyələr barədəki çıxışlarından sonra Bilgə Cankorel yerli siyasi partiya təmsilçilərinin suallarını cavablandırıb. ATƏT səfiri APA-ya açıqlamasında partiya təmsilçiləri və komissiya sədrləri ilə görüşlərinin böyük ümidlər doğurduğunu deyib: “Komissiya sədrlərinin əhval-ruhiyyəsində bir dəyişiklik hiss olunur. Onların demokratik seçkilərdə maraqlı olduğuna inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR