Bank Of Baku

Politoloqlar hesab edir ki, Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsində “status-kvo”nu pozub

Politoloqlar hesab edir ki, Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsində “status-kvo”nu pozub
# 16 oktyabr 2009 12:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında protokolların imzalanması Dağlıq Qarabağ münaqişəsində “status-kvo”nu pozub və problemin nizamlanması üçün yeni imkanlar açıb. APA-nın məlumatına görə, bu fikirlər Politoloqlar Klubunun Türkiyə ilə Ermənistan arasında “futbol diplomatiyası”nın müzakirəsinə həsr olunmuş toplantısında səsləndirilib.

Politoloq Rasim Ağayev bildirib ki, Türkiyə-Ermənistan münasibətləri ətrafında ortaya çıxan yeni tendensiya situasiyanı “ölü nöqtə”dən tərpətməyə müvəffəq olub: “İndiyə kimi heç kəs buna müvəffəq olmamışdı. Bu addımı ilk olaraq türklər atdı. Protokolların imzalanması “”erməni soyqırımı” formasında Türkiyənin başı üzərindən asılmış Damokl qılıncını qaldırmağa imkan verib. Bundan başqa Türkiyə Ermənistanı öz sərhədlərini tanımağa məcbur edib və erməni diasporu daxilində parçalanma yaranıb”.

Politoloq Fikrət Sadıxov hesab edir ki, bir müddət əvvəl imzalanan protokollar ratifikasiya olunacaq və bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verəcək: “Hesab edirəm ki, bu protokollar ratifikasiya olunacaq. İki paralel proses gedir v biz münaqişənin nizamlanmasının final mərhələsindəyik”.

Politoloq Zərdüşt Əlizadə Dağlıq Qarabağ münaqişəsində status-kvonun pozulması fikri ilə razı olduğunu bildirib: “Bu, yeni manevr imkanları yaradıb. Bunu anlamaq lazımdır. Lakin yeni imkanlardan istifadə eləmək zəruridir. Biz regionda meydana çıxan dəyişikliklərdən kənarda qalmamalı və bu prosesə cəlb olunmalıyıq. Proseslərin gedişi göstərir ki, ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasına dair çərçivə sazişi imzalanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR