Müsavat Partiyası: Bundan sonra Ümid Partiyası ilə əməkdaşlığımız mümkün deyil
Müsavat Partiyası bildirir ki, Ümid Partiyası adından seçki komissiyalarına təyin edilmiş komissiya üzvlərinin siyahılarının bəzi hallarda yerli icra hakimiyyəti orqanları və YAP rayon təşkilatları tərəfindən müəyyənləşdirilməsi faktları üzə çıxıb, bu faktlar Ümid rəhbərliyi tərəfindən qismən etiraf edilib. Son dövrlər Ümid Partiyası strukturlarının hakimiyyət strukturları ilə əməkdaşlıq etdiyi də açıqlamada əks olunub: “Seçki komissiyalarının paritet əsaslarla formalaşması zərurətinə diqqəti bir daha cəlb etmək, eyni zamanda Ümid Partiyası strukturlarının hakimiyyət strukturları ilə işbirliyi haqda yayılan məlumatlara aydınlıq gətirilməsini zəruri sayan Müsavat Partiyası bu partiyaya seçki komissiyalarında iştirakdan imtina etmək barədə qərar qəbul etməyi təklif edib. Bu, həm də Ümid Partiyasının demokratik dəyərlərə nə qədər sadiq olduğunu, demokratik qüvvələrin mənafelərini nəzərə aldığını müəyyənləşdirmək üçün bir test idi. Amma Müsavat Partiyasının xoşməramlı təklifinə adekvat reaksiya verilməyib, müxtəlif qeyri-ciddi, əks təkliflər və bəhanələrlə təklifi qəbul etməkdən yayınıb”.
Müsavat Partiyası qeyd etdiyi amilləri əsas gətirərək, bu partiya ilə əməkdaşlıq münasibətlərinin bundan sonra davam etdirilməsinin qeyri-mümkün olduğunu bəyan edib. Bununla bərabər, Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan digər təşkilatlarla (AXCP, ALP, ADP, VİP) əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə, siyasi və ya seçki blokları yaradılması üçün müzakirələr aparmağa hazır olduğunu bəyan edib.
Açıqlamaya münasibət bildirən Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya açıqlamasında bildirib ki, bu açıqlama qeyri-müəyyən məlumatlarla doludur. Onun sözlərinə görə, əgər Ümid Partiyasının hakimiyyətlə əməkdaşlığını təsdiq edən faktlar varsa, ortaya qoyulmalıdır: “Müsavat Partiyası hakimiyyətdən gələn tapşırıq əsasında müxalifəti parçalayır. Bu tapşırığı uzun illərdir, həyata keçirir, indi də bunu davam etdirir. “Demkonqres”i dağıdan da Müsavat olub, 2003-cü ildə hakimiyyətin astanasında olanda geri çəkilib, prosesi axıra qədər aparmağa qadir olmayıb, biz meydanda döyüşərkən partiya başqanı hüquq müdafiəçilərinin maşınında gedib, hərəkatı aparan insanları meydanda tək qoyub evində gizlənib. 2005-ci ildə də “Azadlıq” blokunda parlamentə getməməklə bağlı əldə olunan razılaşmanı pozaraq parlamentə gedib. Bu gün də bu istiqamətdə tapşırığı alaraq müxalifəti parçalayır”.
İ. Ağazadə bildirib ki, Ümid Partiyasının seçki komissiyalarında olan təmsilçilərinin böyük əksəriyyəti prezident seçkiləri və referendumda protokolları imzalamayıb: “Biz 2009-cu ilin yanvarın 9-dan Müsavatla əməkdaşlıq edirik. Müsavat Partiyası özünü YAP-ın əlavəsi hesab edirsə, bu onların problemidir, mənim yox. Ümid Partiyası əməkdaşlıqda da, mövqedə də çox səmimidir”. Partiya sədri bildirib ki, Müsavat Partiyasının digər partiyalarla da münasibətləri qeyri-səmimi notlar üzərində qurulub: “Üç il əvvəl “Azadlıq” bloku ilə əməkdaşlıqdan imtina edən Müsavat Partiyası deyildimi? Bu gün Ümid Partiyasından imtina edir, parlament seçkiləri öncəsi də bir-iki partiyadan imtina edəcək. Təki Müsavatın firqə maraqları gerçəkləşsin. Bildirirlər ki, guya biz onların təklifindən imtina etmişik. Belə deyil. Bu gün bütün seçki komissiyalardan nümayəndələrimizi geri çağırmağa hazırıq. Amma bir şərtlə, özlərini doğrultmaq, beynəlxalq rəy yaratmaq istəyirlərsə, parlamentdən də imtina edək. Biz bunu təklif etmişik. Yalandan, şər-şəbədə qoşmaqla “Ümid bəhanələrlə bundan imtina etdi” demək doğru deyil. Bacarırsınız, mandatdan da imtina edin, mübarizəni daha radikal şəkildə davam etdirək. Bacarırlarsa, buyursunlar”.
İ. Ağazadə onu da bildirib ki, Müsavatın bu bəyanatı ilə Qarabağ və Respublika Uğrunda Hərəkatı parçalanmış hesab etmir. O, hərəkatda olan digər partiyalarla müzakirələrin davam etdiriləcəyini bildirib.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Ukrayna dronlarının hücumundan sonra Rusiyanın iri neft-kimya zavodu fəaliyyətini dayandırıb
Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, Kiyevdə güclü partlayışlar olub
"Qalatasaray" Mauro İkardi ilə yollarını ayırıb
DÇ-2026: Argentina yarımfinala yüksəlib
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasına başlayıb
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Rusiya XİN: Ukraynadakı xarici hərbi kontingentlər qanuni hədəf olacaq
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub - FOTO
CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
ADA Universitetinin dekanı Balaxanı neftçiləri ilə konstitusiya hüquq və azadlıqları ilə bağlı müzakirə keçirib
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Şirkətin 1,4 milyon manatını mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İranın xarici işlər naziri Qətərə gedib
DPA: Drezdendə silahlı şəxs polislərə atəş açıb
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
CENTCOM: 90 dəqiqəlik əməliyyatda İranın Böyük Tonb adasında hərbi obyektlər hədəfə alınıb - YENİLƏNİB
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib - SƏRƏNCAM
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
TRIPP fonduna rus əsilli amerikalı investor rəhbər təyin edilib
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
İdarə rəisi: İlk elektron diplom artıq təqdim edilib