Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycan uzun illərdir Türkiyəyə qazı dünya bazarındakı qiymətin üçdə bir hissəsinə satır”

Prezident İlham Əliyev: “Azərbaycan uzun illərdir Türkiyəyə qazı dünya bazarındakı qiymətin üçdə bir hissəsinə satır”
# 17 oktyabr 2009 08:53 (UTC +04:00)
Bakı-APA. “Azərbaycan bu gün Avropa İttifaqı bazarına öz qazını ixrac etməyə hazırdır”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı deyib. Dövlət başçısı potensial tərəfdaşlar sırasında Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, İsveçrə kimi ölkələr olduğunu deyib: “Bəzi ölkələr bizim sərhədlərimizə daha yaxın yerləşir, bəzi ölkələr daha uzaq. Ancaq bu ölkələr Azərbaycan qazını dünya qiymətinə almaq istəyirlər. Biz də bunu dünya qiymətinə satmaq istəyirik. Bu, ikitərəfli mənfəət gətirən bir layihədir. Ancaq əfsuslar olsun ki, iki ilə yaxındır, biz bu imkanlardan məhrum olmuşuq. Bunun əsas səbəbi ondan ibarətdir ki, bu vaxta qədər Türkiyə ilə Azərbaycan arasında tranzit məsələləri həll olunmayıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan bütün ölkələrlə - həm dost ölkələrlə, həm tərəfdaş ölkələrlə münasibətləri qarşılıqlı maraqlar üzərində qurur. Necə ki, başqa ölkələr, ilk növbədə öz maraqlarını güdürlər. Biz də əlbəttə ki, ilk növbədə öz maraqlarımızı güdürük. Amma öz maraqlarımızı güdməklə bizim tərəfimizdən təklif olunan məsələ dünya praktikasına əsaslanır. Həm qiymət, həm də tarif faktları baxımından. Yəni heç kimə sirr deyil ki, Azərbaycan uzun illərdir Türkiyəyə qazı dünya qiymətinin üçdə bir hissəsinə, 30 faizinə satır. Hansı ölkə öz təbii resurslarını, xüsusilə indiki şəraitdə dünya qiymətinin 30 faizinə satır və bundan razı ola bilər? Yəni bu, heç bir məntiqə sığmayan məsələlərdir. Keçən ilin aprel ayından bu günə qədər çoxsaylı danışıqlarda əfsuslar olsun ki, heç bir nəticəyə gəlməmişik. Azərbaycan uzun illərdir Türkiyəyə qazı dünya qiymətinin üçdə bir hissəsinə. Biz istəyirik ki, qazımız dünya qiymətinə olmasa da, heç olmasa ona yaxın qiymətə alınsın. Rusiya qazının qiymətinə bərabər olmasa da, heç olmasa ondan bir 8 faiz, 10 faiz aşağı olsun, daha 50 faiz yox”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR