Bank Of Baku

Əli Əliyev: “Qarabağ və Respublika Uğrunda Hərəkatın fəaliyyəti ilə bağlı yaranmış qeyri-müəyyənliyə bu həftə aydınlıq gətiriləcək”

Əli Əliyev: “Qarabağ və Respublika Uğrunda Hərəkatın fəaliyyəti ilə bağlı yaranmış qeyri-müəyyənliyə bu həftə aydınlıq gətiriləcək”
# 19 oktyabr 2009 08:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkatın fəaliyyəti ilə bağlı yaranmış qeyri-müəyyənliyə bu həftə aydınlıq gətiriləcək. Bunu APA-ya hərəkatda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib. VIP sədri deyib ki, hazırda “Azadlıq” blokuna daxil olan partiyalar hərəkatda yaranmış vəziyyəti müzakirə edirlər. Ə. Əliyev bloka daxil olan partiyaların hərəkat çərçivəsində münaqişə tərəfi kimi çıxış etməməsi naminə hələlik bu mövqeyi açıqlamadıqlarını bildirib: “Biz Müsavat və Ümid partiyalarının öz iddialarından geri çəkilib birgə əməkdaşlığı davam etdirmələrinin tərəfdarıyıq. Amma son günlər tərəflər arasında münasibətlər daha da kəskin həddə çatıb. Ona görə də hərəkatın növbəti iclasında blok öz mövqeyini bildirəcək. Əgər bu məsələlər müxalifətin və milli maraqların ziyanına davam etsə, öz mövqeyimizi açıq şəkildə bildirəcəyik. Belə münasibətlər cəmiyyətdə yenidən məyusluq dalğasının yaranmasına və müxalifətə etimadsızlığa gətirib çıxaracaq. Eyni zamanda bu məsələyə də aydınlıq gətirilməlidir ki, nəyə görə, müxalifətin yaratdığı birliklər davamsız olur? Bir çox hallarda isə bu dağılmalar obyektiv deyil, subyektiv maraqlarla əlaqədar olur”.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkata Müsavat, Ümid, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR