Bank Of Baku

Parlamentin sabah keçiriləcək iclasında “Prokurorluq haqqında” qanuna əlavə və dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq

Parlamentin sabah keçiriləcək iclasında “Prokurorluq haqqında” qanuna əlavə və dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq
# 19 oktyabr 2009 10:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Sabah Milli Məclisin (MM) növbəti iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib. İclasda, 2009-cu il iyunun 30-da Milli Məclis tərəfindən qəbul edilən “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əlavə edilməsi barədə” qanuna Azərbaycan prezidentinin etirazları haqqında” qanun layihəsi müzakirə ediləcək.
Bundan başqa, iclasda “Dövlət rüsumu haqqında”, “Daxili qoşunların statusu haqında”, “Patent haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Atçılıq haqqında” qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə məsələlər müzakirəyə çıxarılacaq.
Millət vəkilləri, həmçinin “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə sənədlərə də münasibət bildirəcəklər.
İclasda, “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında” qanun layihəsi də müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR