Bank Of Baku

Qarabağ Forumu keçirilib

Qarabağ Forumu keçirilib
# 19 oktyabr 2009 13:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) təşkilatçılığı ilə Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilən forumda siyasi partiyaların rəhbərləri, QHT nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Azadlıq Partiyasının sədri Əhməd Oruc Türkiyə - Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu deyib. O bildirib ki, Azərbaycan ərazilərini işğal etmiş təcavüzkar Ermənistan dövləti ilə Türkiyənin dostluq, əməkdaşlıq münasibətləri bir araya sığmır.

Millət vəkili Pənah Hüseyn isə Madrid prinsiplərinin Azərbaycanı çıxılmaz vəziyyətə saldığını söyləyib. O hesab edir ki, Türkiyənin Ermənistanla sərhədlərini açsa belə, xalqları bir-birindən incik salmağa ehtiyac yoxdur.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə Dağlıq Qarabağ məsələsinə həsr olunmuş foruma bütün partiyaların toplaşmamasına təəssüflənib. Türkiyədə AKP-nin apardığı siyasətin Azərbaycanın maraqlarına uyğun gəlmədiyinə diqqət çəkən QAT sədrinin fikrincə, elə siyasət yeridilməlidir ki, rəsmi Ankara səhv yoldan daşındırılsın.

Forumun digər iştirakçıları da son proseslərə münasibət bildiriblər. Sonda forum adından bəyanat qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR