Bank Of Baku

BAXCP bələdiyyə seçkilərində iştirak etməyə qərar verib

BAXCP bələdiyyə seçkilərində iştirak etməyə qərar verib
# 19 oktyabr 2009 14:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Oktyabrın 18-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, toplantıda Azərbaycandakı ictimai-siyasi vəziyyət və Türkiyə-Ermənistan yaxınlaşması müzakirə olunub. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin nümayəndə heyətinin tərkibində Türkiyəyə səfəri, baş nazir Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Mehmet Əli Şahin, Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı və digər rəsmi şəxslərlə, siyasətçilərlə keçirdikləri görüşlər barədə məlumat verib.

Daha sonra iclasda bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib. İdarə Heyəti bələdiyyə seçkilərinə qatılmağa qərar verib. BAXCP adından namizədliyini irəli sürən partiya üzvləri və tərəfdarlarının siyahısı tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR